Ansi Aqollinin "Qarabağ" və Ağdam sevgisi

15:27 - 15 Mart 2020

“Qarabağ”ın sabiq müdafiəçisi Ansi Aqolli sosial şəbəkə hesabında Ağdam klubuna sadiqliyini nümayiş etdirib.

 

Sportal.az xəbər verir ki, alban futbolçu komandadan getməsindən 1 il ötdüyünü xatırlayıb:

 

“Bir il əvvəl bu gün “Qarabağ”la son oyunumu oynamışam. O vaxtdan bəri heç nə dəyişmədi. Mən səni sevirəm, Qarabağ”.

 

"Nyu-York Kosmos"da çıxış edən 37 yaşlı oyunçu paylaşım yerini Ağdam qeyd edib.

 

Aqolli 2010-2019-cu illərdə "Qarabağ"da çıxış edib.

 

Xəbər xətti