Miçel: “Çölə çıxmaqda problem yoxdur”

11:28 - 19 Mart 2020

"Qarabağ"ın futbolçusu Miçel İspaniya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi koronavirus pandemiyasının Azərbaycana təsirindən danışıb:

 

“Keçən həftəyə qədər hər şey qaydasında idi. Ancaq sonra çempionat dayandı. Kafe və restoranlar axşam saat 9-dək işləyir. Çölə çıxmaqda problem yoxdu. Bir çox yerə girməzdən əvvəl hərarətinizi ölçürlər. Komanda məşqləri saxlasa da, özümüz fərdi şəkildə hazırlığımızı davam etdiririk”.

Xəbər xətti