Koronavirusa pandemiyası idman dünyasını bir anda iflic etdi. Avropanın aparıcı futbol liqaları böyük maliyyə itkisi ilə üzləşdi.
Bıçağın sümüyə dirəndiyi vaxtda İtaliya A Seriyası 700 milyon avro itki ilə üz-üzədir. Hazırda müzakirə edilən digər məsələlərdən biri də futbolçuların müqavilə şərtlərindəki məvacibi alıb-almayacaqlarıdır.
İtaliya mətbuatı yerli qanunlara görə, iş həyatının iflic olduğu halda, qurumların maaş ödəməmək hüququ olduğunu yazıb. İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina bu barədə fikirlərini açıqlayıb: "Maaşaları aşağı salmaq mümkündür. Bu vəziyyət hamı üçündür".
Futbolçular birliyinin rəhbəri Domiano Tomassi futbolçuların belə vəziyyətdə fədakarlıq etmələrinin lazım olduğunu söyləyib: "Belə vəziyyət üçün necə fədakarlıq etmək lazım olduğunu müzakirə edirik".
Şotlandiyanın "Harts" klubu futbolçuların məvaciblərinin 50 faiz kəsməyə hazırlaşır. Komandanın baş məşqçisi Deniel Stindel oyunçularla danışıqlar getidiyini deyib.
Almaniyada isə "Borussiya" (Mönhenqladbax) klubunun futbolçuları maaşlarının bir hissəsindən imtina edib. Klub bununla da 1 milyon avro qənaət edib.
Fransanın "Lion" klubu futbolçulara xaos vaxtı maaş ödənilməyəcəyini bəyan edib. Liqa 1-in digər təmsilçisi "Amyen" isə maaşları 16 faiz azaldıb.
saytlarin hazirlanmasi