Millinin sabiq futbolçusu qəzada öldü

12:08 - 23 Mart 2020

Nigeriya millisinin sabiq futbolçusu İfeanyi Corc avtomobil qəzasına düşüb.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçunun idarə etdiyi "Infiniti" markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə Nigeriyanın “Enuqu Reyncers” klubunun şərəfini qoruyan futbolçu ilə yanaşı, maşında olan daha iki nəfər ölüb. Onlardan biri Corcun komdanda yoldaşı Emmanuel Oqbu olub.

 

Corc bu mövsüm Nigeriya çempionatında 14 oyuna 5 qol vurmuşdu.

Xəbər xətti