Belarus Futbol Federasiyasının sədri Vladimir Bazanov ölkə çempionatının COVID-19 pandemiyasına görə dayandırmaq fikrində olmadıqlarını açıqlayıb.
Sportal.az pressbol.by saytına istinadən xəbər verir ki, qurum rəsmisi stadionlarda koronavirusa qarşı tədbirlər görüldüyünü deyib:
“Vəziyyət kritik deyil, çempionatı davam etdiririk. İkinci turda 500 litr antiseptik aldılar və stadionlara apardılar. Əsas olan insanların bunu anlamasıdır. Əllərini yumalı, tez-tez antiseptik istifadə etməli və asqırmamalıdırlar. UEFA və FFFA bizə təzyiq etmir. Kritik vəziyyət yaranarsa, çempionatı dayandıracağıq”.
saytlarin hazirlanmasi