Belarus çempionatının yayım hüququnu alan ölkələr artır

11:52 - 2 Aprel 2020

Koronavirus pandemiyasına görə Avropada milli liqalar dayandırılsa da, Belarus çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, ölkənin futbol federasiyasının mətbuat katibi Aleksandr Aleynik çempionatın yayım hüquqlarını 10 ölkəyə satdıqlarını deyib: 

 

"Ölkəmizdə COVID-19 pandemiyası geniş yayılmayıb. Ölkə çempionatının oyunları 10 ölkədə canlı yayımlanır. Daha əvvəl liqamızın oyunlarını satmaq asan məsələ deyildi".

 

Belarus Premyer Liqasının yayım hüquqlarını alan Ukraynanın "Sport1" kanalının rəhbəri Viktor Samolienko insanların futbolsuz qalmamaları üçün bu addımı atdıqlarını deyib: "Başqa vaxt kimsə Belarusda futbolun olub-olmadığı barədə məlumatlı deyildi. Hazırda davam edən yeganə çempionat olduğu üçün yayım hüququnu aldıq. İnsanları futbolsuz qoymaq istəmədik".

 

Belarus çempionatının oyunları Rusiya, Ukrayna, Hindistan, İsrail kimi ölkələrdə yayımlanır.

Xəbər xətti