Obi Mikel Braziliya klubuna keçmək üçün həyat yoldaşının qərarını gözləyir

14:35 - 2 Aprel 2020

Türkiyənin "Trabzonspor" klubundan ayrılan Con Obi Mikel Braziliyanın "Botafoqo" klubu ilə danışığa başlayıb.

 

Sportal.az xəbər verir ki, Braziliya klubu nigeriyalı futbolçuya müqavilə şərtlərini təklif edib. 32 yaşlı yarımmüdafiəçi cavab üçün vaxt istəyib.

 

Klubdan yerli mətbuata açıqlama verilib ki, Obi Mikel rus həyat yoldaşı ilə məsləhətləşdikdən sonra qərarını verəcək.

 

Təcrübəli oyunçu bu mövsüm "Trabzonspor"da 27 oyun keçirib. O, koronavirus pandemiyasına görə martın 17-də klubla müqaviləsini ləğv edib.

Xəbər xətti