Türkiyə Super Liqasının lideri "Trabzonspor" heyətinə yeni futbolçu cəlb edə bilər.
Sportal.az xəbər verir ki, "bordo-mavilər" Bolqarıtanın "Ludoqorets" klubundan ayrılan Codi Lukokini rənglərinə bağlamağı planlaşdırır. Ötən günlərdə Razqrad təmsilçisi ilə müqaviləsini pozan konqolu vingerin agenti Yohan Hansma Qara dəniz təmsilçisindən maraq olduğunu deyib:
"Koronavirusun yox olmağını gözləyirik. Digər tərəfdən də gələcək planları cızırıq. Lukoki Çempionlar Liqasında mübarizə aparacaq klubda oynamaq istəyir. Təklif çoxdur, amma ən ciddi yanaşan hazırda "Trabzonspor"dur".
"Ayaks"ın yetirməsi 2015-ci ildən "Ludoqorets"də çıxış edirdi.
saytlarin hazirlanmasi