"Beşiktaş" "Arsenal"dan icarəyə götürdüyü Məhəmməd Əlnenni üçün London klubuna təklif göndərəcək.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi misirli yarımmüdafiəçini yenidən 1 il icarəyə götürmək istəyir. "Ağ-qaralar" 27 yaşlı futbolçu üçün qarşı tərəfə icarə haqqı ödəmək istəmir. Tərəflər anlaşsa, "Beşiktaş" futbolçunun maaşını ödəyəcək.
Əlnenni bu mövsüm 28 oyunda 2 assist edib.
saytlarin hazirlanmasi