Koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin sayı azala bilər.
Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, qitə qurumu Roma və Bilbao şəhərlərinin iqtisadiyyatının koronavirusa görə zəiflədiyi üçün onların ev sahibliyini almağı düşünür.
Koronavirusun şəhərlər vurduğu maliyyə ziyanı UEFA-nı dəyişikliklər etməsinə səbəb ola bilər. Məlumata görə, bununla bağlı iclas keçiriləcək.
AÇ-2020-nin oyunları 12 şəhərdə baş tutacaq. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 finalın 1 qarşılaşması keçiriləcək.
saytlarin hazirlanmasi