Azərbaycan millisinin üzvlərinin transfer qiyməti düşdü

15:01 - 9 Aprel 2020

Koronavirus pandemiyasına görə futbolçuların transfer qiymətləri aşağı düşüb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisində də çıxış edən oyunçuların dəyərində eniş müşahidə edilib. "Transfermarkt"da futbolçuların qyməti 10-20 faiz aşağı endirilib.

 

Yığmanın ən bahalı futbolçusu olan Riçard Almeydanın transfer qiyməti 1,3 milyon avroya düşüb. BƏƏ-nin "Baniyas" klubunun yarımmüdafiəçinin daha öncəki dəyəri 1,6 milyon avro idi.

 

"Qarabağ"ın futbolçusu Maksim Medvedevin dəyəri 300 min avro aşağı düşərək, 1 milyon avro olub.

 

Digər milli üzvlərinin dəyəri:

 

Bədavi Hüseynov ("Qarabağ") - 950 min avro (əvvəlki qiyməti: 1,2 milyon avro)

Emil Balayev ("Zirə") - 950 min avro - (əvvəlki qiyməti: 1,2 milyon avro)

Mahir Emreli ("Qarabağ") - 950 min avro - (əvvəlki qiyməti: 1,2 milyon avro)

Qara Qarayev ("Qarabağ") - 900 min avro - (əvvəlki qiyməti: 1,1 milyon avro)

Emin Mahmudov ("Neftçi") - 800 min avro - (əvvəlki qiyməti: 1 milyon avro)

Səlahət Ağayev ("Neftçi") - 725 min avro - (əvvəlki qiyməti: 900 min avro)

Ramil Şeydayev ("Sabah") - 725 min avro (əvvəlki qiyməti: 1,2 milyon avro)

Dmitri Nazarov ("Aue", Almaniya) - 475 min avro (əvvəlki qiyməti: 600 min avro)

Bəhlul Mustafazadə ("Sabah") - 475 min avro (əvvəlki qiyməti: 600 min avro)

Araz Abdullayev ("Qarabağ") - 400 min avro (əvvəlki qiyməti: 500 min avro)

Təmkin Xəlilzadə ("Sabah") - 400 min avro (əvvəlki qiyməti: 500 min avro)

Renat Dadaşov ("Vulverhempton", İngiltərə) - 350 min avro (əvvəlki qiyməti: 400 min avro).

Xəbər xətti