Qara Qarayev "könüllü donor" aksiyasına qoşuldu

23:23 - 9 Aprel 2020

"Qarabağ"ın futbolçusu Qara Qarayev "Qan Bankı"nın "Könüllü donor" aksiyasına qoşulub.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabinda bu barədə məlumat yayıb və insanları aksiyaya çağırıb:

 

"Son zamanlar baş qaldıran COVID-19 pandemiyası ilə əlaqədar olaraq, hər birimiz evdəyik və tətbiq olunan sosial izolyasiya tədbirlərinə bacardığımız qədər əməl edirik. Amma unutmayaq ki, “Qan Bankı”nda hazırda talassemiya xəstələri üçün qan qıtlığı yaşanır. Ona görə də hər kəsdən qanvermə aksiyasına qoşulmağı xahiş edirəm".

Xəbər xətti