Türkiyə I Liqa təmsilçisi “Boluspor”un qapıçısı Orlondo Moskera karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, panamalı qolkiperin agenti Tekin Birinci müştərisinin Azərbaycandan təklif aldığını açıqlayıb:
“Azərbaycandan güclü bir klub əlaqə saxladı və Orlondo ilə maraqlandı. Mən də hazırda futbol haqqında danışılacaq vəziyyətin olmadığını dedim”.
25 yaşlı qapıçı 2020-ci ilin yanvarında Panamanın "Tauro" klubundan "Boluspor"a keçib.
saytlarin hazirlanmasi