Yeni mövsüm planlarını cızan "Beşiktaş" amerikalı futbolçusu Tayler Boydla bağlı qərar verib.
Sportal.az "Takvim"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı yarımmüdafiəçi ilə yolunu ayırmayacaq. Komandanın baş məşqçisi Sərgən Yalçın ABŞ millisinin üzvünün xidmətindən yararlanmaq istədiyini klub rəhbərliyinə çatdırıb.
"Ağ-qaralar" Boydu ötən yay Portuqaliyanın "Vitoriya" klubundan 2,5 milyon avroya transfer edib. O, komandada 21 oyun keçirib, 2 qol vurub.
saytlarin hazirlanmasi