“Zirə”nin müdafiəçisi Alvaro Ampuero İtaliyanın “Parma” klubunda çıxış edərkən “Roma”nın keçmiş futbolçusu Françesko Tottiyə qarşı oynamağından danışıb.
Sportal.az libero-pe saytına istinadən xəbər verir ki, perulu futbolçu 2013-cü ilin martın 13-də "Roma" ilə qarşılaşmada "Parma"da debüt etdiyini, əfsanəvi Tottiyə qarşı oynadığını deyib:
“Totti ilə meydanda söhbət etmədim və ondan forma da istəmədim. Sözün düzü, bunu özüm də istəmədim. Oyundan sonra futbolçular formalarını dəyişirdi. Ona qarşı oynamaqla arzum həyata keçmişdi. Totti ilə üz-üzə gəldim, yaxından gördüm və xəyalım gerçəkləşdi.
Bir müddət əvvəl sevgilim mənə bir neçə şəkillər verdi, onlardan biri də Totti ilə mübarizə anı idi. Onu Peruda saxlamışam. Romanın stadionunda oynamaq möhtəşəm idi. Özünüzü adrenalinli hiss edirsiniz və bu, sizə motivasiya verir, hər şeyi unudursuz".
27 yaşlı futbolçu 2013-cü ildə "Parma"da çıxış edib. Ampueronun "Zİrə" ilə müqaviləsi mövsümün sonuna qədərdir. O, müqavilə ilə Perunun "Munisipial" klubuna məxsusdur.
saytlarin hazirlanmasi