İtaliyanın "Breşiya" klubunun hücumçusu Mario Balotellinin adı “Qalatasaray”la hallanmağa başlayıb.
Sportal.az xəbər verir ki, İstanbul klubu transferi gerçəkləşdrmək üçün hərəkətə keçib. "Sarı-qırmızılar" Qana əsilli italiyalı futbolçuya 2 illik müqavilə təklif etmək fikrindədir.
30 yaşlı futbolçunun "Breşiya" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
saytlarin hazirlanmasi