Belarusun idman və turizm naziri Serqey Kovalçuk ölkədə futbol çempionatlarını koronavorus pandemiyasına görə dayandırmayacaqlarını deyib.
Sportal.az xəbər verir ki, nazir "Belarus-5" kanlının "SportKadr" verilişində ölkədə vəziyyətin pisləşəcəyi halda, yarışı dayandıracaqlarını bildirib:
"Səhiyyə nazirliyinin tövsiyələrinə əməl edirik. Stadionlarda virusla bağlı tədbirlər görülür. Düzdür, oyunlara gələn azarkeşlərin sayı 70 faiz azalıb. Əgər ölkədə vəziyyət pisləşsə, çempionatı dayandıra bilərik. Hazırda liqanı dayandırmaq üçün ciddi səbəb görmürük. İnsanlar futbolu sevir".
Belarus liqasında 4 tur oynanılıb.
saytlarin hazirlanmasi