"Championat" nəşri Rusiya Premyer Liqasının 2019/2020 mövsümündə aşağı səviyyədə çıxış edən yerli futbolçuların siyahısını hazırlayıb.
Sportal.az xəbər verir ki, "Spartak"ın Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyev siyahının 4-cü pilləsində qərarlaşıb.
"Quliyevin 2018-ci ilin payızında "Rostov"dakı oyunu "Spartak"ı heyran qoydu və onlar dərhal öz yetirmələrini geri qaytardı. O, Denis Qluşakovu əvəzləməli idi və əvvəlcə bunu etdi. 2019-cu ilin yayında Oleq Kononovun rəhbərliyi altında zaman-zaman yaxşı görünürdü. Amma Ayaz "Rostov"la müqayisədə artırmadı, əksinə, daha da zəiflədi. Bəlkə də "Spartak"a keçidi onu həvəsləndirmədi, əksinə rahatlatdı", - 23 yaşlı futbolçu ilə bağlı qeyd edilib.
saytlarin hazirlanmasi