Qış fasiləsində adı "Qarabağ"la hallanan "Fənərbaxça"nın hücumçusu Alper Potuk karyerasını "Göztəpə"də davam etdirə bilər.
Sportal.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, İzmir klubu 29 yaşlı futbolçunun keçidi üçün hərəkətə keçib. İstanbul təmsilçisi məvacibini 40 faiz aşağı saldığı oyunçunu satmaq istəyir. Xəbərdə transferin yayda həll olunacağı bildirilib.
Alper qış fasiləsində atasının İstanbulda müalicə almasına görə, "Qarabağ"la yanaşı, Super Liqanın bir neçə klubunun təklifini qəbul etməmişdi.
Türkiyə millisinin sabiq üzvü son 2 mövsüm Super Liqada 13 oyun keçirib.
saytlarin hazirlanmasi