Maaşının azalmağına razılaşmayan məşqçinin müqaviləsi ləğv edildi

23:02 - 16 Aprel 2020

Zaqreb “Dinamo”sunun baş məşqçisi Nenad Byelitsa istefaya göndərilib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib.


Xorvatiya mətbuatı Byelitsanın koronavirusa görə maaşının azaldılmasına razı olmadığı üçün vəzifəsindən göndərildiyini yazıb. Xorvat mütəxəssisin köməkçiləri də eyni səbəbdən vəzifəsindən göndəriliblər.

 

Byelitsa 2018-ci ildən Zaqreb klubunu çalışdırırdı.

Xəbər xətti