UEFA İcraiyyə Komitəsinin növbəti iclasının tarixi müəyyənləşib.
Sportal.az xəbər verir ki, qitə futbol qurumunun rəsmiləri aprelin 23-də videokonfrans vasitəsi ilə bir araya gələcək.
Bundan iki gün öncə, aprelin 21-də isə UEFA-ya üzv olan 55 milli assosiasiya ilə oxşar görüş təşkil olunacaq. İclaslarda həm daxili, həm də avrokuboklarla bağlı məsələlərə baxılacaq.
saytlarin hazirlanmasi