AFFA Avropa çempionatı ilə bağlı UEFA-ya təsdiq göndərib

16:31 - 17 Aprel 2020

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası AVRO-2020-nin 4 müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını UEFA-ya bildirib.

 

Sportal.az xəbər verir ki, məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək.

 

Bakı Olimpiya Stadionunda AVRO-2020-nin A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.

 

Xəbər xətti