İngiltərə millisinin və "Lids Yunayted" klubunun keçmiş futbolçusu Norman Hanter koronavirusdan vəfat edib.
Sportal.az xəbər verir ki, 76 yaşlı keçmiş müdafiəçi müalicə olunduğu xəstəxanada gözlərini əbədi yumub.
O, 1962-1976-cı illərdə "Lids Yunayted"də oynayıb və 2 dəfə İngiltərə çempionu olub. Hanter DÇ-1966-nin qalibi olan İngiltərə millisinin heyətində yer alıb.
saytlarin hazirlanmasi