Qazaxıstanın "Astana" klubundan ayrıldıqdan sonra işsiz qalan Roman Qriqorçuk ölkəsi Ukraynada çalışmaq istədiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, "Futbol1" kanalına müsahibə verən 55 yaşlı mütəxəssis təklif gözlədiyini deyib: "Ukraynada çalışmaq arzum var. İşləməyə hazıram və öz şansımı gözləyirəm".
Ukraynalı mütəxəssis 2014-2018-ci illərdə "Qəbələ"ni çalışdırıb və bölgə klubunu 2 dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib. Qriqorçuk Ukraynada "Metallurq" və "Çernomorets" klublarının baş məşqçisi olub.
saytlarin hazirlanmasi