"Boka Xuniors"un qapıçısı Marko Dias "Qarabağ"a transferinin baş tutmamasından danışıb.
Sportal.az "Radio Mitre"yə istinadən xəbər verir ki, 34 yaşlı argentinalı qapıçı pul məsələsinə görə transferin reallaşmadığını bildirib:
"Hazırda mənimlə müqavilə barədə danışan olmayıb. Tək istəyim yenidən məşqə çıxmaqdır. Yayda "Boka Xuniors"dan ayrıla bilərdim. Çünki Azərbaycandan cəlbedici təklif var idi. Klublar arasında danışıq gedirdi. Əgər "Boka Xuniors"a transfer haqqı ödənilsəydi, keçidim baş tutacaqdı".
saytlarin hazirlanmasi