İngiltərənin “Mançester Siti” klubunun keçmiş futbolçusu Dikson Etuhu oyun alqı-satqısına görə cəzalandırılıb.
Sportal.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi İsveçin AIK klubunda çıxış etdiyi dönəmdə komanda yoldaşı, qapıçı Kiriakos Stamatopulosa “Höteborq”la oyunu satması üçün 160 min funt-sterlinq təklif edib.
Təklifi rədd edən yunan qapıçı dərhal polisə müraciət etmişdi və oyun keçirilməmişdi.
İsveç Futbol İttifaqının İntizam Komitəsi 37 yaşlı oyunçu ilə bağlı araşdırmanı yekunlaşdırıb və onu 5 il müddətinə diskvalifikasiya edib.
Etuhu 2017-ci ildə karyerasını başa vurub.
saytlarin hazirlanmasi