Qomis "Əl Hilal"da qalmağa qərar verdi

14:14 - 19 Aprel 2020

Fransa millisinin sabiq üzvü Bafetimbi Qomis Səudiyyə Ərəsəbistanının "Əl Hilal" klubunda qalmağa qərar verib. 

 

Sportal.az xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq 34 yaşlı hücumçu ilə yeni sözləşmə bağlanılacaq. Təcrübəli oyunçu 2 illik müqavilə təklifini qəbul edib.

 

"Sent-Etyen", "Lion", "Marsel", "Suonsi Siti" və "Qalatasaray" kimi klublarda oynamış Qomis, 2018-ci ildən "Əl Hilal"da çıxış edir. O, 55 oyunda 39 qol vurub, 10 assist edib.

Xəbər xətti