Ümumdünya Səhiyyə Təşkilatından UEFA-ya xəbərdarlıq: "2020-ci ildə turnirlər keçirilməsin"

16:50 - 22 Aprel 2020

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasına görə UEFA ilə əlaqə saxlayıb.

 

Sportal.az xəbər verir ki, qurum UEFA-ya 2021-ci ilə qədər bütün yarışları dayandırmağı tövsiyə edib. Təşkilat insanların oyunlara görə yerdəyişmələr edəcəyini və bunun sağlamlığa təhlükə olduğunu bildirib. Bu səbəbdən Səhiyyə qurumu UEFA-dan 2020-ci ildə yarışları keçirməməyi istəyib.

 

UEFA isə yarışları davam etdirmək fikrində olduğu üçün turnirləri avqustun ortasında bərpa etdirmək istəyir.

 

Hesablamaya görə, Avropadakı futbol oyunları baş tutmasa, təxminən 4,1 milyard avro itki olacaq.

Xəbər xətti