Şimali İrlandiya millisində baş məşqçi istefası

22:22 - 22 Aprel 2020

Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O'Nil postundan gedib.

 

Sportal.az xəbər verir ki, federasiya 50 yaşlı mütəxəssisin müqaviləsinin ləğv edildiyini açıqlayıb. Şimali irlandiyalı çalışdırıcı komandanı AÇ-2020-nin pley-off oyunlarına hazırlamalı idi. Ancaq oyunlar koronavirus pandemiyasına görə sentyabr ayına qədər təxirə salınıb.

 

O'Nil istefa vermək üçün uyğun vaxtın olduğunu bildirib və vəzifəsindən ayrılıb. O, yeni çalışdırıcıya vaxt verilməsinin vacib olduğunu deyib.

 

Maykl O'Nil 2011-ci ildən Şimali İrlandiya millisini çalışdırırdı. O, 2019-cu ildə İngiltərənin "Stok Siti" klubunun baş məşqçisi təyin edilmişdi.

Xəbər xətti