Paraqvayın "Olimpiya" klubunun hücumçusu Emmanuel Adebayor koronavirus pandemiyası ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 36 yaşlı toqolu futbolçu maaşında endirimə razılaşmayacağını və fondlara ianə ayırmayacağını bildirib:
"Məni Samuel Eto'O, Didye Droqba, Sadio Mane ilə müqayisə edib, fondlara niyə maliyyə ayırmadığımı soruşanlar üçün üzülürəm. Təəssüf ki, mən o futbolçular deyiləm. Mən Adebayoram və ürəyim istəyəni edəcəyəm. Toqoda ianə ayırmadığım üçün məni qınayan insanlar olacaq. Bəziləri ölkəyə virusu mənim gətirdiyimi düşünür. Ölkəyə virusu mən gətirmişəm ki, yardım da edim?"
saytlarin hazirlanmasi