"Real"ın baş məşqçisi Zinəddin Zidanın İspaniyanın "Rasinq" klubunda çıxış edən oğlu Luka Zidan Əlcəzair millisində oynayacaq.
Sportal.az "Echorouk"a istinadla xəbər verir ki, yığmanın baş məşqçisi Camel Belmadi müqavilə ilə Madrid "Real"ına məxsus olan qapıçı ilə görüşüb və onu millidə oynamağa razı salıb.
Rais Mboli ilə Azzedine Doukhanın 34 yaşa daxil olmaları baş məşqçini gənc Luka Zidanla təmasa keçməyə məcbur edib.
21 yaşlı qapıçı Fransanın U-17 millisində qitə çempionu olub. Ancaq qolkiper əsas milliyə dəvət almayıb.
saytlarin hazirlanmasi