Argentinada futbol mövsümü ləğv edildi

00:30 - 28 Aprel 2020

Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia ölkədə futbol mövsümünü erkən bitirdiklərini açıqlayıb.

 

Sportal.az "TNC Sports"a istinadən xəbər verir ki, qurum rəhbəri koronavirus pandemiyasına görə belə qərar verdiklərini deyib:

 

"Mövsümü erkən bitirməyə qərar verdik. Futbolçular qurumlar səhiyyə qurumları icazə verdikdə yaşıl meydana qayıdacaq. Futbol ailəsinin hər üzvünün sağlamlığı təhlükədə olmadıqda başlayacağıq. Sağlamlıq hər şeydən önəmlidir".

 

Federasiya prezidenti 2 mövsüm aşağı liqaya klub düşməyəcəyini deyib. Yüksək liqada isə komandaların sayı artacaq və 2021/22 mövsümündə 24 deyil, 28 klub mübarizə aparacaq.

Xəbər xətti