Çex Respbulikasında koronavirusa görə dayandırılan idman yarışları mayın 25-dən sonra bərpa ediləcək.
Sportal.az xəbər verir ki, hökümətin qərarı ilə ölkənin futbol üzrə yüksək və 1-ci liqası həmin tarixdən sonra davam etdiriləcək.
Mayın 12-də klubların və federasiya rəsmilərinin iştirakı ilə videokonfrans baş tutacaq.
Yüksək liqada mövsümün bitməsinə 6 tur qalmış 58 xalı olan "Slaviya" 1-cidir. 8 xal geri qalan "Viktoriya" 2-cidir.
Azərbaycanın U-21 milli komandasının futbolçusu Fərid Nəbiyev bu ölkənin 2-ci liqasında mübarizə aparan "Viktoriya Jijkov" klubunda çıxış edir.
saytlarin hazirlanmasi