"Globo Esporte" nəşri yayda Braziliyaya dönə biləcək futbolçuların siyahısını hazırlayıb.
Sportal.az xəbər verir ki, yazıda "Qarabağ"ın keçmiş futbolçusu Reynaldonun da vətəninə dönmək ehtimalının olduğu qeyd edilib. Gürcüstanın "Dinamo" (Batumi) klubunda çıxış edən 30 yaşlı hücumçunun Braziliyada çıxış etməsinin mümkün olduğu vurğulanıb.
Reynaldo 2013-2017-ci illərdə "Qarabağ"da oynayıb. O, 2019-cu ilin qış fasiləsində "Aktobe"dən Ağdam klubuna qayıtmış və 6 ay sonra ağdamlıları tərk etmişdi.
Braziliyanın "Sport Resifi" klubunun yetirməsi peşəkar karyerasına ölkəsinin "Nautiko" klubunda başlayıb. Reynaldo 2008-ci ildə "Anderlext"ə keçməklə Avropa karyerasına başlayıb.
saytlarin hazirlanmasi