İsveçrədə futbol bərpa edilir

17:02 - 30 Aprel 2020

İsveçrə Federal Şurasının ölkənin futbol liqalarlarının davam etdirilməsinə qərar verib.

 

Sportal.az xəbər verir ki, Super Liqa iyunun 8-dən bərpa oluna bilər. Matçların azarkeşsiz keçirilməsi planlaşdırılır.

 

Klublar mayın 11-dən məşqlərə başlayacaq.

 

Çempionatın turnir cədvəlinə 23 turdan sonra 45 xalı olan “Sankt-Qallen” başçılıq edir. Eyni sayda xalı olan “Yanq Boyz” 2-ci, “Bazel” 40 xal ilə 3-cüdür.

Xəbər xətti