2021-ci ildə keçiriləcək Afrika Millətlər Liqası təxirə salınacaq.
Sportal.az "beIN Sports"a istinadən xəbər verir ki, yarış 2022-ci ilin qış aylarında Kamerunda keçiriləcək. Bununla bağlı rəsmi açıqlama veriləcək.
İki ildən bir keçirilən turnir yanvar-fevral aylarında təşkil olunur. Ötən il Afrika kubokunu finalda Seneqalı məğlub edən Əlcəzair qazanıb.
saytlarin hazirlanmasi