Telekanal Liqa 1 üçün pul ödəməkdən imtina etdi

10:10 - 1 May 2020

Fransa çempionatında mövsüm ləğv edildiyi üçün oyunları yayımlayan "Canal+" telekanalı Liqa 1 ilə müqaviləni pozub.

 

Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, telekanal nəzərdə tutulan məbləği ödəməkdən imtina edib.

 

Liqa 1 yayım hüququndan 243 milyon avro almalı idi.

 

Fransa çempionatı vaxtından əvvəl dayandırılıb və PSJ yarışın qalibi elan edilib.

 

Xəbər xətti