MLS klublarına məşq etmək icazəsi

14:27 - 2 May 2020

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış MLS-də mübarizə aparan klublara tətbiq olunan qadağalar tədricən aradan qaldırılmağa başlayır.

 

Sportal.az xəbər verir ki, mayın 6-dan etibarən futbolçular klublarının bazasında fərdi qaydada məşqlərə başlaya biləcəklər.

 

Bu barədə MLS-in rəsmi saytı məlumat yayıb. Bildirilib ki, komanda halında məşqlərə qoyulan qadağa mayın 15-nə qədər davam edəcək.

Xəbər xətti