Niderland millisinin keçmiş qapıçısı Edvin van der Sar 1999-2001-ci illərdə "Yuventus"da Zinəddin Zidan ilə komanda yoldaşı olması barədə danışıb.
Sportal.az xəbər verir ki, veteran qolkiper Fransa millisinin keçmiş üzvünün sadə insan olduğunu deyib:
"Zidan çox danışan adam deyildi. İngilis dilini yaxşı bilmirdi, daha çox fransız və italyanca danışırdı. Ancaq topla rəftarı... Məşqə "Fiat"da gəlirdi. Cins şalvar, ağ "Levi" köynək və "adidas" idman ayaqqıbısına üstünlük verirdi. Digər futbolçulardan tamamilə fərqli görünürdü. Başqa oyunçular hazırlığa "Dolce and Gabanne" geyinib, "Ferrari" ilə gəlirdi. Zidan sadə oğlan idi. Ancaq tünd xasiyyəti var idi və belə olmsayadı, xarizmatik Zidan görə bilməzdik".
Zidan hazırda "Real"ın baş məşqçisidir. Van der Sar isə "Ayaks"ın baş direktorudur.
saytlarin hazirlanmasi