Futbol oyunlarında əvəzetmələrin sayının müvəqqəti artırılmasına qərar verilib.
Sportal.az xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) bu təklifi təsdiq edib. Oyun zamanı 5 futbolçu əvəzlənə biləcək. Bir hissə ərzində maksimum 3 dəyişiklik edilə bilər.
Oyun əlavə vaxta gedərsə, 5 dəyişiklik hüququ komandalarda qalacaq və üzərinə daha biri gələcək.
Bu qərar 2020-ci ilin dekabrın 31-dək tətbiq ediləcək.
saytlarin hazirlanmasi