"Mançester Siti"nin sahibləri Belçikada klub aldı

15:49 - 11 May 2020

City Football Group Holdinq şirkəti Belçikanın "Lommel" klubunu satın aldığını bəyan edib.

 

Sportal.az xəbər verir ki, "Lommel" şirkətin səhmlərinə yiyələndiyi 9-cu futbol klubu olub.

 

Şirkət "Mançester Siti" (İngiltərə), "Nyu-York Siti" (ABŞ), "Melbrun Siti" (Avstraliya), "Yokohama F. Marinos" (Yaponiya), "Torki Yunayted" (Uruqvay), "Jirona". "(İspaniya), "Sıçuan Szyniu "(Çin) və "Mumbai Siti"(Hindistan) klublarının səhmlərinə sahibdir.

 

"Lommel" Belçikanın 2-ci liqasında mübarizə aparır.

 

City Football Group BƏƏ-nin kral ailəsinin üzvü Mansur ibn Zayed Al Nahyana məxsus olan Abu Dabi United Group-a məxsusdur.

Xəbər xətti