Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində futbol və idman yarışlarına qoyulan qadağa ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, onun sözlərinə görə, növbəti mərhələlərdə bu məsələnin aktuallaşması mümkündür:
"İdman təkcə futbol deyil. İdman kompleksləri ilə bağlı məsələlər müzakirə olunur. Yoluxma aspektləri barədə fikir birliyi tam deyil, ortaq məxrəc olmadığına görə məsələdə konkretlik yoxdur".
saytlarin hazirlanmasi