Aleksander Çeferin: "Müharibələr belə futbolu dəyişməyib"

12:49 - 20 May 2020

UEFA-nın prezidenti Aleksander Çeferin koronavirus pandemiyasının futbola edə biləcək təsirləri barədə danışıb.

 

Sportal.az "The Guardian"a istinadla xəbər verir ki, sloveniyalı funksioner narahat olmadığını bildirib:

 

"Düşünmürəm ki, əbədi dəyişikliklər baş versin. Bu, yeni təcrübədir və bu qanlı virusdan qurtulduqdan sonra hər şey 1-ci səviyyəyə qayıdacaq. I və II dünya meharibələrindən sonra futbol dəyişmədi və virusa görə də dəyişməyəcək. İnsanlar virusdan sonra dünyanın fərqli olacağını deyir. Bu, doğru ola bilər, amma fikirləşirəm ki, niyə bu virusdan sonra dünyanın düzələcəyini düşünməyək? Niyə daha ağıllı olacağımızı və təbiətimizə nə qədər həssas olduğumuzu başa düşməyək? Buna görə də hər zaman dərs çıxaracağımız məsələlər var".

Xəbər xətti