Şəhriyar Əliyev "Sumqayıt"dan ayrılır

17:34 - 21 May 2020

"Sumqayıt"ın müdafiəçisi Şəhriyar Əliyev yeni mövsüm fərqli klubda çıxış edə bilər.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi bir neçə klubdan daha yaxşı şərtlərlə təklif alıb. Buna görə də Əliyev "Sumqayıt"ın yeni müqavilə təklifini qəbul etməyi düşünmür.

 

Koronavirus pandemiyasına görə qeyri-müəyyənlik yarandığı üçün "kimyaçılar"ın "Çin səddi" gözləmə mövqeyindədir.

 

Azərbaycan millisinin üzvünün müqaviləsi mövsümün sonunda başa çatacaq. "Bakı"nın yetirməsi bu mövsüm 16 oyun keçirib.

Xəbər xətti