Azərbaycan millisinin üzvü Riçard Almeyda Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubundan ayrılmağa hazırlaşır.
Sportal.az "Al Roeya" nəşrinə istinadən xəbər verir ki, Abu-Dabi təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə yollarını ayırmağa qərar verib.
Braziliyalı futbolçu ümidləri doğrultmadığı üçün komandadan göndəriləcək.
Almeyda qış fasiləsində "Qarabağ"dan ayrılıb, "Baniyas"a keçmişdi. O, BƏƏ klubu ilə 2,5 illik müqavilə imzalamışdı.
saytlarin hazirlanmasi