Növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq "Renn" klubu "Trabzonspor"un qapıçısı Uğurcan Çakırı transfer etmək istəyir.
Sportal.az xəbər verir ki, tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan "qırmızı-qaralar" çərçivəni 24 yaşlı qapıçıya həvalə etmək istəyir.
"Trabzonspor" türk qolkiperin keçidi üçün 25 milyon avro tələb edir. Fransızlar Uğurcanı transfer etmək üçün məbləği aşağı salmağa çalışır.
Uğurcanın "Trabzonspor"la müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, bu mövsüm Super Liqada 25 oyun keçirib.
saytlarin hazirlanmasi