Azarkeşlər 37 yaşlı qapıçını komandada saxladı

16:14 - 28 May 2020

Şotlandiyanın "Livinqston" klubu qapıçısı Qeri Meylinin müqaviləsini uzadıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu sözləşmə bağlamaq üçün "Twitter"də azarkeşlər arasında sorğu təşkil edib. Fanatların 70 faizi qapıçının klubda qalmasını istəyib.

 

Bu qərara əsasən, klub 37 yaşlı qapıçı ilə daha 1 illik müqavilə bağlayıb. Təcrübəli oyunçu 2016-cı ildən "Livinqston"da çıxış edir.

Xəbər xətti