Koronavirus pandemiyasına görə 2019/20 mövsümünü vaxtından əvvəl başa vuran Belçikada ölkə kubokunun finalı keçiriləcək.
Sportal.az xəbər verir ki, federasiya həlledici matçın avqustun 1-də azarkeşsiz keçiriləcəyini açıqlayıb. Brüsseldə keçirilməsi planlaşdırılan oyunda “Brügge” və “Antverpen” klubları qarşılaşacaq.
Koronavirus pandemiyasına görə liqa ləğv edildiyi üçün "Brügge" Belçika çempionu elan edilmişdi. Yeni mövsümə avqustdan start veriləcək.
saytlarin hazirlanmasi