Bundesliqanın liderinin 6 xalı silindi

14:40 - 29 May 2020

Avstriya Futbol Federasiyası Bundesliqanın lideri LASK-ı cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, Lints təmsilçisi çempionatın bərpası ilə bağlı tərtib edilən qaydalara əməl etməyib. Federasiya klublara fərdi məşqlərə icazə versə də, LASK kollektiv hazırlıq keçib.

 

Bu səbəbdən federasiya klubun 6 xalını silib və 75 min avro cərimələyib. Qurum rəqibləri ilə haqsız rəqabət apardığı üçün bu cəzanın verildiyini bəyan edib.

 

6 xalı silinən LASK 2-ci pilləyə düşüb. “Zalsburq” isə ilk pilləyə yüksəlib. 

 

Avstriya Bundesliqası iyunun 2-də bərpa olunacaq.

Xəbər xətti