Serbiyada çempion bəlli oldu

00:08 - 30 May 2020

Serbiya Super Liqasında 2019/2020 mövsümünün qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, çempionatın 27-ci turunda "Rad"ı 5:0 hesabı ilə məğlub edən "Srvena Zvezda" 31-ci dəfə ölkə çempionu olub.

 

Belqrad təmsilçisi sona 2 tur qalmış 72 xal yığıb. Ehtiyatda 3 oyunu olan "Partizan" 58 xalla 2-cidir.

 

Serbiya Futbol Federasiyası koronavirus pandemiyasına görə bu mövsüm çempionatda pley-off və pley-out qaydalarını ləğv etmişdi. Bundan əlavə, Super Liqanı tərk edən komanda olmayacaq.

Xəbər xətti